Aşağıdakı Butona basaraq xarici universitetlərə qəbul şansınızı öyrənə bilərsiniz
həmtəsİsçİ
O, 2016-ci ildə ən yaxşı 10 SABAH tələbəsindən biri olduğu üçün Stafford College Londona yay məktəbi üçün göndərilmişdir. 2017-ci ildə xaricdə təhsil üzrə işlərinə başlamış və 2018-ci ilin Stipendium Hungaricum təqaüdünün qalibi olmuşdur. 1 ildən artıq müddətdir ki, Macarıstanda GE Amerikan şirkətində Data analitiki olaraq çalışır.
həmtəsİsÇİ
Həmtəsisçimiz 2017-ci ildən bəri saysız tələbənin xaricdə təhsil işinə rəhbərlik etmişdir. O, 2018-ci ildə İtaliyanın Regional Təqaüdünün qaliblərindən olmuşdur. İllər ərzində Avropanın bir çox ölkəsində universitetlərin rəsmi nümayəndələri ilə şəxsən görüşmüş və xaricdə təhsil mütəxəssisi kimi geniş əlaqələrə malikdir.
Bəli, mümkündür. Əgər öncəki təhsiliniz ingiliscə olubsa, universitetdən alıb təqdim edəcəyiniz arayışı dil biliyinin sübutu kimi qəbul edə bilər. Bunların heç biri olmazsa, universitet sizin dil biliyinizi yoxlaya bilmək üçün kiçik imtahan və ya müsahibə təşkil edə bilər
Hər ölkə üçün müraciət dönəmi fərqlidir, lakin növbəti akademik il üçün müraciət etmək istəyən şəxslər ortalama sentyabr-oktyabr aylarından, ən gec halda dekabrda prosesə başlamalıdır.
Hər proqram və universitetin ayrıca tələbləri ola bilər, lakin ümumən lazım olan sənədlər aşağıda qeyd olunanlardır:
Dil sertifikatı: IELTS və ya TOEFL (ingiliscə təhsil almısınızsa, bununla bağlı arayış da qəbulolunandır)
GPA göstəricisi çox aşağı olan tələbələr üçün məsləhətimiz Polşa, İtaliya kimi ölkələrdə ödənişli əsaslarda təhsillə maraqlanmalarıdır. Bəzi universitetlər üçün ortalama əsas seçim kriteriyası olmadığından çox yaxşı background və ya motivasiya məktubu ilə qəbul ala bilərsiniz.
Müraciət zamanı ilkin olaraq diplom (əgər hələ son kurssunuzsa, universitetdən aldığınız arayış) və transkriptinizi tərcümə etdirməlisiniz. İş yeri və ya sağlamlıq haqqında aldığınız arayışlar ingiliscə deyilsə, o halda onların da tərcümə olunması məqsədəuyğundur. Şəxsiyyət vəsiqəsini tərcümə etdirməyə ehtiyac yoxdur, prosedurlarda xarici pasportunuzu istifadə edə bilərsiniz.
Əgər dil səviyyənizi göstərən heç bir sənədiniz yoxdursa,universitetdə İngiliscə təhsil aldığınıza dair arayış kifayət edir.