Haqqımızda - The Khudafereen

Şirkət Haqqında

The Khudafereen Xaricdə Təhsil şirkəti 2020-ci ildə tələbələri xaricdə təhsil ilə bağlı seçim və müraciət proseslərində düzgün yönləndirmək və yardım etmək məqsədilə təsis olunmuşdur. Şirkət qurucuları illərlə xaricdə təhsil məsələləri üzrə çalışmış Elmir Türkəl və Nicat Misirlidir.

Tələbələrimizin məlumatlarının məxfiliyinin qorunması və proseslərin tam şəffaf şəkildə həyata keçirilməsi qurumumuzun ilkin öncəliyidir. Buna görə tələbələrlə prosesə başlamadan öncə müqavilə bağlanır və onlar üçün sistem bazamızda hesab açılır, beləcə, bütün sənəd və müraciət prosesləri elektron kabinet üzərindən yoxlanıla bilir.

Məqsədimiz tələbələr ilə arzuladıqları təhsil həyatı arasındakı körpü olmaqdır!