Çində Təqaüdlü Təhsil (Type A) - The Khudafereen - Xaricdə Təhsil

Çində Təqaüdlü Təhsil (Type A)

Dəyərli The Khudafereen tələbəsi,Çin Xalq Respublikası 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təqaüd aşağıdakıları əhatə edir Çin tərəfindən:

  • Ali məktəbdə qeydiyyat xərci
  • Təhsil haqqı – Laboratoriya xərci
  • Təcrübə (“internship”) xərci
  • Tədris materialları
  • Yataqxana xərci
  • Aylıq yaşayış xərci:
  • Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası
  • Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası
  • Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası

Azərbaycan tərəfindən (Təhsil Nazirliyi):

  • Aviabilet (hər tədris ili üzrə yalnız bir dəfə – gediş-gəliş bileti)

Tələb olunan sənədlər

  1. Bakalavriat səviyyəsi üçün müraciət edən namizədlər ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti
  2. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilində)
  3. Ali təhsil haqqında sənədinin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin ingilis və Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti
  4. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə qısa xülasə (“Microsoft Word” formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır;Bakalavriat səviyyəsi üçün – minimum 500 söz, Magistratura və doktorantura səviyyələri üçün – minimum 800 söz.
  1. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı elektron materiallar, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu elektron materiallar
  2. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (varsa)
  3. IELTS, TOEFL, HSK (mövcud olduğu halda) sertifikatı və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini ingilis dilində tamamladığına dair arayış
  4. CV (ingilis dilində)
  5. Ümumvətəndaş pasportunun surəti
  6. Tövsiyə məktubları (2 ədəd ingilis dilində)
  7. Sağlamlıq haqqında ərizə
  1. Məhkumluq haqqında arayış (ingilis dilində notarial qaydada tərcümə təsdiq edilmiş sürəti)
  2. 18 yaşı tamam olmamış ərizəçilər Çindən qəyyumluq haqqında sənəd, valideynlərinin onların xaricdə təhsil almalarına razılığına dair notariat qaydada ingilis dilinə tərcümə-təsdiq edilmiş müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd:

Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.

– İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0, magistratura və doktorantura səviyyələri üzrə 6.5 və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir. Çin dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı HSK (3/4) və ya IELTS (5.0-hər bir alt kateqoriya 5.0-dən aşağı olmamaqla) təqdim etməlidir.

– Təhsil Nazirliyi vasitəsi ilə yalnız bir ölkə seçmə şansınız olur.

– Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

Macaristan seçimi edənlər Çini seçə bilmir.

Son müraciət tarixi: Yanvar ayına təsadüf edir.