“Kyokensei” hal-hazırda Azərbaycanın ibtidai və ya orta təhsil müəssisələrində (məktəblərdə) çalışan gənc müəllimlər üçün nəzərdə tutulmuş, onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistr pilləsi proqramıdır. Qalib şəxslər Yaponiyaya getdikdən sonra ehtiyac olduğu təqdirdə, 6 ay müddətində yapon dili üzrə hazırlıq təhsili alıb universitet tərəfindən təqdim olunacaq 1 illik təlim proqramında təlim- tədris prosesi və təhsillə bağlı sahədə dərslərdə iştirak edə bilərlər.
Şərtlər
1) 2 aprel 1986-cı il tarixindən sonra anadan olmuş şəxslər
2) Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2021-ci il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ümumtəhsil müəssisələrində 5 ildən artıq müəllimlik təcrübəsinə malik olan şəxslər.
Qeyd:
– Müraciət sənədlərinin orijinallarını itiməməyiniz və imtahanda iştirakınız zamanı özünüzlə gətirib səfirlik əməkdaşlarına təhvil verməyiniz xahiş olunur. Xüsusi səbəblərdən “Sağlamlıq haqqında arayış” və ya dərs dediyiniz məktəb tərəfindən təqdim olunmalı sənədlərin alınmasında çətinlik olarsa, səfirliklə məsləhətləşməyiniz xahiş olunur.
– Universitet müəllimi kimi fəaliyyət göstərən şəxslər bu proqrama müraciət edə bilməz.
– Təhvil verilən sənədlərdə çatışmazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
– Bu ilki seçimlərdə sənəd qəbulu mərhələsindən keçən şəxslər, başqa sözlə söyləsək yazılı imtahanda iştirak edəcək şəxslərin sayını 5-10 nəfərədək məhdudlaşdırmaq planlaşdırılır
– TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi yazılı dil imtahanı əsasında olacaqdır.
– Hər iki (həm ingilis, həm yapon dili) imtahanda iştirak mütləqdir. Yapon dili imtahanında “0” bal olarsa, hər iki imtahandan kəsilmiş hesab olunacaqsınız.
Son müraciət tarixi:Yanvar ayına təsadüf edir.