Fransada Təqaüd (Eiffel Təqaüdü) - The Khudafereen - Xaricdə Təhsil

Fransada Təqaüd (Eiffel Təqaüdü)

Əziz The Khudafereen tələbəsi,

Zirvəyə (Eiffel) gedən körpünü (The Khudafereen) bizimlə keçin!Dünyanın ən nüfuzlu 5 təqaüdündən biri olan Eiffel təqaüdü Fransada master və PhD oxumaq istəyən beynəlxalq tələblər üçün nəzərdə tutulmuşdur. Fransa hökuməti tərəfindən təklif olunan bu təqaüd proqramı seçilən tələbənin xərclərini tam şəkildə maliyyələşdirir.

 

Təqaüd nələri əhatə edir?

  • Master üçün aylıq yaşam xərcləri 1,031 EUR
  • PhD üçün aylıq 1,400 EUR
  • Əlavə xərclər üçün aylıq 150 EUR
  • Bir dəfə Fransaya gediş-gəliş bileti
  • Ev təminatı
  • Təqaüdün digər üstünlükləri:
  • viza dəstəyi,
  • sosial xərclərdən azad olunma
  • CAF adlanan dövlət qurumu normalda tələbələrə kirayənin 30-40% hissəsini ödəyir,  Eiffel təqaüdçüləri isə bundan daha çox, 45-50% yararlanırlar.

 

Təqaüd verilən ixtisaslar

  • Information and Communication Science and Technology
  • Economics and Management
  • Chemistry
  • Life Sciences
  • Engineering Science
  • Exact Sciences
  • Sciences of the Universe
  • Environmental Sciences
  • Mathematics
  • Physics
  • Nano- and Biotechnology
  • Earth Sciences
  • Law and Political Sciences

 

Qeyd:

  • Təqaüd sadəcə seçdiyiniz universitetin tələblərini qarşılamağınızı tələb edir
  • Fransada dövlət universitetlərində təhsil haqqı olmadığı və ya simvolik bir ödəniş olduğu üçün (master üçün illik 250 EUR, PhD üçün illik 350 EUR) təqaüddə qeyd olunmayıb.