Global UGRAD (USA) - The Khudafereen - Xaricdə Təhsil

Global UGRAD (USA)

(The Global Undergraduate Exchange Program) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən maliyyələşdirilən tələbə mübadilə programıdır. Program ABŞ-ın təyin olunmuş hər hansı bir kollec və ya universitetində tam maliyyələşdirilmiş dərəcəsiz akademik təhsil təqdim edir.

 

Müraciət üçün tələb edilən sənədlər

  1. Transcript
  2. İki essay – biri “Personal Statement”, digəri isə birbaşa və ya dolayı yolla liderliyə aid essay
  3. İki recommendation letter – ya hər ikisi akademik olmalı, ya da biri akademik, digəri qeyriakademik (peşəkar – könüllü və ya intern olduğunuz, yaxud işlədiyiniz yerdə coordinator/supervisor/managerinizdən ala bilərsiniz)
  4. Şəxsiyyət vəsiqəsi və ya pasportun şəkilli hissəsi

 

Dil tələbi

Müraciətçi seçildiyi halda, təhsil almağa yollanmaq üçün minimum 45 TOEFL IBT balı yığmış olmalıdır. Əgər TOEFL sertifikatı yoxdursa, seçildikdən sonra TOEFL imtahan xərci ABŞ səfirliyi tərəfindən qarşılanır.

 

Son müraciət tarixi: Yanvar və fevral ayına təsadüf edir.

 

Qeyd:

Programa əyani bakalavr oxuyan və axırıncı kurs olmayan tələbələr müraciət edə bilər. Tələbə minimum 1 smester oxumuş olmalı və qayıdıb gələndə öz ölkəsində tamamlanmamış 1 smester qalmalıdır.

 

Application fee yoxdur.