Hollandiyada Təqaüdlü Təhsil (Maastricht University) - The Khudafereen - Xaricdə Təhsil

Hollandiyada Təqaüdlü Təhsil (Maastricht University)

Maastricht Universitetində yüksək talantlı magistr tələbələri üçün Maastricht Fondu, Hollandiya Təhsil və Elm Nazirliyi tərəfindən tam maliyyələşdirilmiş təqaüd təklif edilir. Buna təhsil haqqı və aylıq təqaüd daxildir.

 

Təqaüd:

  • 1 illik Magistr üçün 29,000 avro
  • 2 illik Magistr üçünsə 58,000 avro

 

Müraciət üçün tələb edilən sənədlər

  • CV (2 A4 vərəqindən çox olmamalı)
  • Motivasiya məktubu ( 1 A4 vərəqindən çox olmamalı)
  • Transkript (həmçinin universitetin son kursunda olduqda ilk 20-likdə olduğunuzu göstərən, department sədri tərəfindən imzalanmış sənəd)
  • Referans verəcək şəxsin əlaqə vasitələri (mail, tel nömrəsi və s.)
  • İngilis dili sertifikatı (ingiliscə təhsil aldığına dair sertifikat da keçərlidir)

 

Son müraciət tarixi: Fevral ayına təsadüf edir.