Latviya Dövlət Təqaüdü - The Khudafereen - Xaricdə Təhsil

Latviya Dövlət Təqaüdü

Latvia Dövlət təqaüdü Latviada müxtəlif tıhsil pillələr üzrə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur.Təqaüd bakalavr və magistrlar üçün aylıq 500 avro, PhD üçün aylıq 670 avro dəyərindədir. Təqaüdü qazanan bunu həm təhsil haqqı üçün, həm də digər xərclər – qalma, yemək və s. üçün istifadə edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, təqaüdün miqdarı hamısını qarşılamaq üçün yetərli deyil. Bundan başqa limitli sayda universitetlər var ki, tələbələri yataqxana və ya qonaqevi ilə təmin edir. Getməzdən bir ay əvvəl beynəlxalq tələbə yataqxanasında qalmaq üçün sorğu submit edilməlidir.

 

Tələblər

– Latvia universitetlərinin birindən qəbul məktubu

– Diplomun kopyası

– Son iki smesterin transkripti

– Motivasiya məktubu

– CV

– Dil sertifikatı və ya dil səviyyənizi göstərən sənəd (istisas tələbinə uyğun)

– Təqaüd müddəti üçün study plan

– Pasportun kopyası

 

Son müraciət tarixi: Fevral və aprel ayına təsadüf edir.

 

Qeyd:

– 15 gündən çox Litva ərazisində olmayanlara həmin ay təqaüd təmin olunmayacaq.

– Eyni zamanda başqa təqaüd alana bu təqaüdü verilmir.

– Səyahət və sığorta xərcləri qarşılanmır.

– Bir ölkədən olan müraciətçilər üçün olan təqaüdlər ümumi grantın 10%-i keçməməlidir.