Litva Təhsil, Elm və İdman Nazirliyinin elan etdiyi Litva Dövlət Təqaüdüyü Litva universitetlərində magistr oxumaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Təqaüd üçün nəzərdə tutulan ölkələr iki qrupa bölünür. Azərbaycanın olduğu qrupda 5 təqaüd yeri mövcuddur (Azərbaycan olan qrupda Çin, İsrail, Yaponiya, Korea var) İkinci qrup ölkələr üçün təqaüd olaraq yalnız 380 EUR dəyərində aylıq stipeniya nəzərdə tutulmuşdur. Ancaq ümumi məlumatın digər bir yerində Azərbaycan daxil bir neçə ölkəyə milli standartı keçməyən limitə qədər olan təhsil xərcləri də qarşılanacaq deyə qeyd olunub.
Magistr üçün prioritet ixtisaslar
– Mathematics
– Informatics
– Physical sciences
– Life sciences
– Engineering
– Technological Sciences
– Health sciences
– Veterinary sciences
– Agriculture
– Education sciences
– Art
– Sport
I mərhələ üçün tələblər (online)
1) Personal and contact information
2) Minimum B2 dil biliyini göstərən sənəd (hansı dildə təhsil alacaqsa)
– Bu sənəd (or sertifikat) unidən, məktəbdən, hər hansı dil mərkəzindən verilə bilər
3) Motivasiya məktubu (online doldurulacaq)
– İxtisasla bağlı təcrübə və nailiyyətlərini
– Niyə ixtisas və unini seçdiyini
– Litvadakı təhsilin gələcəkdəki karyerasına və şəxsi inkişafına necə fayda verəcəyini
– Niyə təqaüd üçün uyğun namizəd olduğunu burda qeyd etmək lazımdır
4) Tövsiyə məktubu (ingilis və ya Litva dilində)
5) Unidən full-time magistr üçün qəbul və ya ön qəbul məktubu (Lithuanian higher education institution tərəfindən verilən)
II mərhələ üçün tələblər
1) Bakalavr diplomu və tərcüməsi (ingilis və ya Litva dilinə)
2) Əgər magistr bir dəfə oxuyubsa, onun diplomu və tərcüməsi
3) Əlavə sənədlər istənilə bilər (Məs, Litvada artıq təhsil alırsa, onun ilk il keçdiyi fənlər, kreditlər və qiymətləri)
Seçim kriteriaları
– Motivasiya məktubu (30%)
– Tədris dilinə hakim olma səviyyəsi (20%)
– Akademik nailiyyətləri (50%)
– Tövsiyə məktubu
Son bitmə tarixi:1-ci mərhələ may ayına təsadüf edir.
2-ci mərhələ iyul ayına təsadüf edir.
Qeyd:
– Litva dilində magistr oxumağı planlayanlar və ya artıq oxumağa başlayanlara üstünlük veriləcək.
– Qrupda 5 ölkəyə ümumi 5 təqaüd yeri ayrıldığı üçün seçilmə ehtimalı azdır.