Stipendium Hungaricum (HTP) - The Khudafereen - Xaricdə Təhsil

Stipendium Hungaricum (HTP)

Stipendium Hungaricum proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulmuşdur.

 

Tam bakalavriat və magistratura təhsil proqramları üzrə

  • kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
  • təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
  • turizm – 10 təqaüd;
  • səhiyyə elmləri – 5 təqaüd;
  • beynəlxalq münasibətlər – 5 yer;
  • mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
  • iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd.

 

Doktorantura təhsili üzrə

  • istənilən maraq dairəsi üzrə – 25 təqaüd.

 

Təqaüd nəyi qarşılayır?

  • ödənişsiz təhsil
  • universitet yataqxanasında yaşayış
  • tibbi sığorta
  • aylıq təqaüd (bakalavr və magistr üçün 43,700HUF, doktorantura təhsili üçün 140000HUF, dissertasiya dövründə isə 180000HUF)

 

Sənədlər

  1. CV (Europass format)
  2. Motivasiya məktubu
  3. Xarici dil sertifaktı (əvvəlki təhsilin ingiliscə olması da keçərlidir)
  4. Diploma (arayış) və diplom əlavəsi (full transkript)
  5. İki ədəd tövsiyə məktubu
  6. Tibbi sənədlər – QİÇS, Hepatit və s. yoluxucu xəstəliklər üçün (QİÇS ilə bağlı olan  Semaşkodakı QİÇS mərkəzindən, Hepatitlə bağlı olan isə Respublanskidən alına bilər)

 

Kimlərin ərizəsinə baxılacaq?

  • Hər iki ixtisas eyni istiqamətdə olmalıdır.
  • Texniki sahə üzrə bal 400-dən, digər sahələr isə 500-dən yuxarı olmalıdır, əgər bir qədər aşağıdırsa bal müraciət etməkdə fayda var. Nəzərə ala bilirlər
  • Bakalavra müraciət zamanı attestat ortalaması 4+ olmalıdır
  • Magistra müraciət zamanı universitet ortalaması 71+ olmalıdır (eyni səviyyə üzrə 69+)
  • Eyni təhsil səviyyəsi üzrə təhsil almaq üçün müraciət edən şəxslər təhsilinin 50%-ni tamamlamamış olmalıdırlar.
  • Bakalavr üçün IELTS balı, ortalama 6.0 və bütün sectionlar 5.5+ olmalıdır.
  • Magistratura və doktorantura üçün isə 6.5 və bütün sectionlar 5.5+ olmalıdır.

 

Son müraciət tarixi: Yanvar ayına təsadüf edir.

 

Qeyd:

  • Təyyarə bileti qarşılanmır.
  • Viza rüsumu qarşılanır.