Türkiyədə Doktorantura Təhsili - The Khudafereen - Xaricdə Təhsil

Türkiyədə Doktorantura Təhsili

Türkiyə ali təhsil müəssisələrində akademik imkanlarının gücləndirilməsi məqsədilə AR vətəndaşlarının doktorantura təhsil səviyyəsinə qəbulu üçün müraciət açıqdır.

 

Təqaüd nələri əhatə edir?

– təhsil xərcləri;

– aylıq yaşayış xərcləri (1,600 TRY)

 

Prioritet ixtisas istiqamətləri

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

5. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6.Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

 

Qeyd: Türkiyə tərəfinin elektron ərizə portalı üzrə müraciət nömrəsi qeyd olunan səhifənin şəkli (“screenshot”u) ayrıca qəbul haqqında sənəd bölməsinə yüklənməlidir.

– Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər

 

Sənədlər

1) Diplom(lar) və əlavəsi(ləri)

2) Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd

3) Tövsiyə məktubları

4) Sağlamlıq haqqında arayış (arayışın forması AZS-086/1)

5) Tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya (minimum 2000 söz)

6) Elmi-məqalələrin surətləri (mövcud olduğu halda)

 

İlkin seçim üçün meyarlar

– namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;

– müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 75 baldan aşağı olmaması;

– akademik mühitdə çalışan şəxslərə üstünlüyün verilməsi;

– müraciət edən namizədlərin ixtisasları üzrə elmi tədqiqat işlərinin olması;

– Azərbaycanda dövlət hesabına doktorantura təhsilinin almaması və ya 50% oxumuş olmaması;

– Namizədin mühakimə yeritmək, elmi tədqiqat işinin aparmaq bacarıqlarının olması;

– namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;

– Təhsil alacağı dil üzrə biliyinin yoxlanılması

 

Qeyd:

– Namizəd 35 yaşdan aşağı olmalıdır

– Proqramın müddəti 4-5 il

 

Son müraciət tarixi: Yanvar ayına təsadüf edir.