Cenevrə Universitetinin “Science” fakültəsi bir neçə sponsorla əməkdaşlıq edərək fakültənin əhatə etdiyi fənlərdən hər hansı birində magistr təhsili almaq niyyətində olan yüksək motivasiyalı namizədləri dəstəkləmək üçün Excellence Fellowship Program yaratmışdır.
Təqaüd nəyi əhatə edir?
Bir illiyinə CHF 10,000-15,000 təqaüd verilir və növbəti il tələbənin akademik performansına görə təqaüd müddəti uzadıla bilər. Təhsil haqqı formal olaraq semesteri 500 CHF olur.
Fakültənin ixtisasları
(tədris dilinə diqqət edin!)
- Astrophysics (ingiliscə)
- Chemical Biology (ingiliscə)
- Physics (ingiliscə)
- Biochemistry (ingiliscə, fransızca)
- Biology (fransızca, ingiliscə)
- Chemistry (ingiliscə, fransızca)
- Computer Science (fransızca, ingiliscə)
- Earth Sciences (fransızca, ingiliscə)
- Environmental Science (fransızca, ingiliscə)
- Mathematics (fransızca)
- Mathematics and Computer Science (fransızca, ingiliscə)
- Neuroscience (ingiliscə, fransızca)
- Pharmacy (fransızca)
- Prehistoric Archaeology (fransızca, ingiliscə)
- Bidisciplinary Master of Science (fransızca)
Sənədlər
- Pasport və ya şəxsiyyət vəsiqəsinin skanı
- CV (maksimum 2 səhifə)
- Bakalavr transkripti
- Motivasiya məktubu
- Əgər mümkünsə: 2 tövsiyə məktubu
- Hər hansı uyğun başqa sənəd (GRE və TOEFL imtahan nəticələri kimi)
Son müraciət tarixi: Mart ayına təsadüf edir. (Təqaüdə müraciət edənlər üçün)