Visby programı güclü profesional özkeçmişi olan və İsveçdə magistr oxumaq istəyənlər üçün nəzərdə tutulmuş tam maliyyələşdirilən təqaüd programıdır. Bu proqram öz ölkə və regionun inkişafına töhfə vermək və cəmiyyətdə fəal rol olmağa motivasiyalı olan gənclərə dəstək olmağı hədəfləyir.
Təqaüd aşağıdakıları əhatə edir:
- Təhsil haqqı (birbaşa universitetə ödənilir)
- Yaşam xərcləri – aylıq SEK 10,000
- Gediş-gəliş xərcləri – illik SEK 5,000
- Tibbi sığorta
- SI Network for Future Global Leaders (NFGL)-ə üzvlük
- SI Alumni Network-ə üzvlük
Təqaüd üçün tələblər
Full-time və ya part time
Ödənişli və ya ödənişsiz internship
Könüllülük
Tələbə təşkilatlarında sədr və ya idarə heyətinin üzvü
Minimum saat tələbi yoxdur
Müraciət ərzində olması bir tələb deyil
İş təcrübəsi sertifikatlaşdırılmış olmalıdır, əks halda müraciət nəzərə alınmır
- Universitetdən qəbul
- Uyğun magistr programı
- Liderlik təcrübəsi (Xüsusən vətəndaş cəmiyyətində və dövlət sektorunda liderlik nəzərə alınacaq. Bundan başqa olduğun və işlədiyin yerdə inkişafa yön vermək və ya qərar qəbuletmədə iştirak etmək buna aiddir)
Sənədlər
- Motivasiya məktubu
- CV
- Referans məktubu
- İş və liderlik təcrübəsini təsdiqləyən sənəd
- Pasportun kopyası
Application Fee: SEK 900
Son müraciət tarixi:
Magistr üçün: Oktyabr – Yanvar ayına,
Təqaüd üçün: Fevral ayına təsadüf edir.
Qeyd:
- Program üçün 60 təqaüd yeri nəzərdə tutulur. Ölkə və gender arasında dəyişə bilər, yəni bunlar üzrə hər hansı bir kvota qoyulmayıb. Adətən müraciətçilərin 6-8% bu təqaüdü qazanır.
- Təqaüd programında application fee və ailə üzvləri üçün əlavə hər hansı ödəniş qarşılanmır.
- Magistr üçün tələblər unidən və ixtisasdan asılı olaraq dəyişir.