Program Macarıstan, Polşa, Çexiya və Slovakiyanın 190-dan çox ali təhsil müəssisəsində dörd semestrədək magistr təhsili almaq istəyənlərə və tədqiqatçılara dəstək olur.
Təqaüd proqramı nəyi qarşılayır?
- Semesterlik 1500 avro təhsil haqqı
- Semesterlik 2500 avro birbaşa tələbəyə təqaüd (tələbə xərclərini özü qarşılayır)
- Səyahət xərci də qarşılana bilər (Azərbaycanla məsafə 3000km-dan çox olduğuna görə)
Sənədlər
- Son iki semestr üçün akademik transkript
- Motivasiya məktubu
- Pasport
Son müraciət tarixi: Mart ayına təsadüf edir.
Qeyd:
- Visegrad təqaüdünə müraciət etmək üçün IELTS tələbi yoxdur, universitetin dil tələbini ödəmək yetərlidir.
- Yaş limiti yoxdur
- Erasmus etmək mümkün olmayacaq, bütün təhsil müddətində həmin ölkədə olması tələb edilir
- Bir namizəd yalnız bir programa müraciət edə bilər.