Yaponiya Dövlət Təqaüd Proqramı - The Khudafereen

Yaponiya Dövlət Təqaüd Proqramı

Hal-hazırda Yaponiyada hər üç təhsil pilləsi (Bakalavr, Magistr, Doktorantura) üzrə təhsil almaq
üçün təqaüd təklif olunur.

Qeyd: Bu proqramlarda iştirak üçün bir az yapon dili biliyinin olması üstünlükdür və imtahandan
keçməkdə yardımçı ola bilər.

1) Bakalavr üzrə Təqaüd Proqramı

Bu il məktəbi bitiricək son sinif şagirdlərindən (2021-ci ilin 2 aprel tarixində minimum 17 yaşı
olacaq şəxslər) başlayaraq 25 yaşadək olan şəxslər proqrama müraciət edə bilərlər. (1996-cı il 2
aprel tarixindən sonra anadan olmuş şəxslər)
Təqaüd nələri əhatə edir?

  • Yaponiyaya gediş və qayıdış aviabiletləri
  • Təhsil haqqından azad olma
  • Aylıq təqaüd: 117000 yapon yeni (=$1075)

İxtisaslar
Demək olar ki, bütün növ ixtisaslar mövcuddur. Mənbədəki linkdən ixtisaslara baxa bilərsiniz.
Əgər ixtisasın adı birbaşa göstərilməyibsə, həmin ixtisasdan asılı olaraq onu qəbul edəcək
universitetin tapılmasında çətinlik ola bilər.
Sənədlər

  • Müraciət formu
  • Bitirdiyiniz məktəb və ya universitetdən qiymət vərəqəsi
  • Bitirdiyiniz məktəb və ya universitetin diplomu
  • Bitirdiyiniz məktəb və ya universitetdən tövsiyə məktubu
  • Universitetdə təhsil aldığınıza dair arayış (yalnız universitetdə təhsil alanlar üçün)
  • Xarici pasportun şəkil olan səhifəsinin surəti (əgər varsa)
  • Dil bacarığını təsdiq edən sənəd – yapon və ya ingilis dili (əgər varsa)
  • Müraciət prosesi
  • İlkin müraciət (Sənədlərin səfirliyə təqdim olunması)
  • Yazılı imtahan
  • Müsahibə

Deadline: Adətən İyul ayına təsadüf edilir.

2) Magistratura və Doktorantura
Bu proqram yekun kurs tələbələri (bu il bakalavr və ya magistr, doktorantura pilləsini bitirməyi
planlaşdıran) və 35 yaşa qədər olan digər şəxslər üçün nəzərdə tutulmuşdur.
Təqaüd nələri əhatə edir?

  • Yaponiyaya gediş və qayıdış aviabiletləri
  • Təhsil haqqından azad olma
  • Aylıq təqaüd
  • Tədqiqatçı tələbələr (non-degree): 143000 yapon yeni (=$1315)
  • Magistr tələbələri: 144000 yapon yeni (=$1325)
  • Doktorantura tələbələri: 145000 yapon yeni (=$1335)

İxtisaslar

Xüsusi bir siyahı göstərilməyib, ancaq sizin bakalavr və ya magistrda oxuduğunuz ixtisasla yaxından əlaqəli olması şərtdir. Həmçinin həmin ixtisas üzrə gedtiyiniz universitetlərdə tədqiqat apara bilməlisiniz.

Sənədlər

  • Müraciət formu
  • Təhsil almaq istədiyi universitetlərə dair seçim forması
  • Tədqiqat planı
  • Bitirdiyiniz universitetdən qiymət vərəqəsi
  • Bitirdiyiniz universitetin diplomu
  • Bitirdiyiniz universitetdən tövsiyə məktubu
  • İş yerindən tövsiyə məktubu (əgər varsa)
  • Diplom işinin annotasiyası, ABSTRACT (əgər varsa)
  • Xarici pasportun şəkil olan səhifəsinin surəti (əgər varsa)
  • Dil bacarığını təsdiq edən sənəd – yapon və ya ingilis dili (əgər varsa)
  • Müraciət prosesi
  • İlkin müraciət (Sənədlərin səfirliyə təqdim olunması)
  • Yazılı imtahan
  • Müsahibə
    Deadline: Sentyabr ayına təsadüf edilir.
    Qeyd: Bu proqram üzrə indiyədək hər il təxmini 3 nəfər Yaponiyada təhsil almağa getmişdir.

    3) Yaponiyada Texnologiya Kollecində təhsil proqramı
    Yaponiyada texnologiya kollecləri texnologiya sahəsi üzrə sənayeyə gərəkli kadrların yüksək
    səviyyədə yetişdirilməsi üçün yaradılmış xüsusi texniki yönlü kolleclərdir. Status olaraq kifayət
    qədər tanınır və kollecləri bitirənlərin müxtəlif sənaye sahələrində işlə təmin olunması faizi
    kifayət qədər yüksəkdir.
    Təqaüd nələri əhatə edir?

  • Yaponiyaya gediş və qayıdış aviabiletləri
  • Təhsil haqqından azad olma
  • Aylıq təqaüd: 117000 yapon yeni (=$1075)

İxtisaslar

  • Mechanical Engineering
  • Electrical and Electronic Engineering
  • Information, Communication and Network Engineering
  • Materials Engineering
  • Architecture
  • Civil Engineering
  • Maritime Engineering
  • Sənədlər
  • Müraciət formu
  • Bitirdiyiniz məktəb və ya universitetdən qiymət vərəqəsi
  • Bitirdiyiniz məktəb və ya universitetin diplomu
  • Bitirdiyiniz məktəb və ya universitetdən tövsiyə məktubu
  • Universitetdə təhsil aldığınıza dair arayış (yalnız universitetdə təhsil alanlar üçün)
  • Xarici pasportun şəkil olan səhifəsinin surəti (əgər varsa)
  • Dil bacarığını təsdiq edən sənəd – yapon və ya ingilis dili (əgər varsa)
  • Müraciət prosesi
  • İlkin müraciət (Sənədlərin səfirliyə təqdim olunması)
  • Yazılı imtahan
  • Müsahibə

Deadline: İyul ayına təsadüf edilir.