Rumıniya Təqaüdü - The Khudafereen The Khudafereen Xaricdə Təhsil

Rumıniya Təqaüdü

Rumıniya Xarici İşlər Nazirliyi 2021/2022-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edir.

 

Təqaüd nələri əhatə edir?

Təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat – 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro). Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulmuşdur.

 

İxtisaslar

– Memarlıq,

– İncəsənət,

– Rumıniya mədəniyyəti və sivilizasiyası,

– Jurnalistika,

– Siyasi və idarəetmə elmləri,

– Təhsil,

– Sosial və humanitar elmlər,

– Neft-qaz,

– Kənd təsərrüfatı və texnologiya elmləri,

– Baytarlıq

 

Qeyd: Tibb, stomatologiya və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.

 

Sənədlər

– Müraciət formu (ANNEX 1)

– Diplomun kopyası

– Transkriptin kopyası

– Doğum şəhadətnaməsinin kopyası

– Pasportun ilk 3 səhifəsinin kopyası

– CV (ANNEX 2 formatında)

 

Son müraciət tarixi: Aprel ayına təsadüf edir.

 

Qeyd:

– Tədris rumın dilində olacaq və bilməyənlər üçün ixtisasa başlamazdan əvvəl bir illik hazırlıq kursu nəzərdə tutulur. Doktorantura səviyyəsi istisna olaraq, həmçinin rumın dilindən fərqli bir dildə də təhsil ala bilər.

– Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə qeyd olunan elektron poçt vasitəsilə əlaqə saxlamağınız və bütün sənədləri təqdim etməzdən əvvəl Səfirliklə qəbul vaxtı təyin etməyiniz tövsiyə edilir.